18 
Dek
2018
10:41
14
144
6867
Virtual karabakh

Azərbaycanlı vətənə qayıtmaq üçün bir milyon ödədi

18 Dek, 2018
10:41
6867

Azərbaycanlı vətənə qayıtmaq üçün bir milyon ödədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada azərbaycanlı iş adamı vətənə qayıtmaq üçün ona yazılan 1 milyon rubl (25 500 AZN – red.) cəriməni ödəməli olub. 

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qubkina məhkəməsi iş adamını vəzifəli şəxsə rüşvət verməyə görə cərimələyib. 

Məlumatlara görə, məhkəmə onun Qubkinadakı evinə də həbs qoyub. Daha sonra azərbaycanlı evini satıb və cərimənin bir hissəsini ödəyib. 

Ancaq onun Rusiya ərazisini tərk etməsi üçün bir milyon rublu tam ödəməli olduğu bildirilib. Cərimə ödənildikdən sonra azərbaycanlının ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri