Yan
2019
09:07
207
85
21944
Virtual karabakh

Türkiyədə azərbaycanlı sevgilisini öldürən şəxs həbs edildi - FOTO

4 Yan, 2019
09:07
21944

Türkiyədə azərbaycanlı sevgilisini öldürən şəxs həbs edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə 24 yaşlı Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vuraraq, qətlə yetirən Halil Acar məhkəmə qarşısına çıxarılıb. 

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinib və həbs olunub. 

Xatırladaq ki, Qənirə 24 yaşlı sevgilisi Halil ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.

Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər.

Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri