Yan
2019
15:38
50
59
4195
Virtual karabakh

“Yeni ilin ASAN Həyat Yarmarkası”ndan reportaj - FOTO

4 Yan, 2019
15:38
4195

“Yeni ilin ASAN Həyat Yarmarkası”ndan reportaj - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada təşkil olunan “Yeni ilin ASAN Həyat Yarmarkası” vətəndaşlara operativ xidmətlə yanaşı, istirahət və əyləncə imkanlarından istifadə etməyə şərait yaradır.

Oxu.Az xəbər verir ki, yarmarka çərçivəsində müxtəlif konsert proqramları təşkil olunur, burada xidmət göstərən “ABAD Food truck”larında ABADçıların əl işləri sərgilənir.

“ASAN Həyat” kompleksləri ilə iş şöbəsinin müdiri İlqar Vahabov yarmarkanın turizm bölgəsi olan Qubaya yerli və xarici qonaqların marağını artırdığını deyib:

“Yarmarka bölgədə olan kiçik və orta sahibkarların məhsullarının, xidmət sahələrinin tanıtımının təşkil edilməsi məqsədilə yaranıb. Sahibkarlar indi məhsullarını rahat və əlçatan şəkildə təqdim edə bilirlər.

Səudiyyə Ərəbistanı, Küveyt kimi ərəb ölkələri, Rusiya, İrandan gələn turistlər çoxluq təşkil edir.
Bayram konsertində 1000-dən artıq Quba sakini iştirak edib”.

O, agentliyin dəstəyi nəticəsində silsilə tədbirlərin gələcəkdə, xüsusən bayram günlərində davam etdiriləcəyini qeyd edib.

Yarmarka kinoklub, restoran, ABAD məktəbi, təlim mərkəzi ilə əhatələnib. Müxtəlif əl işlərindən hazırlanan suvenirlər, şirniyyatlar və yeməklər turistlərin diqqətini cəlb edir.

Bakıda məşhur olan “Xırta-Xırt”ın Qubadakı satıcısı Pərviz Abbasov qiymətin bir manat daha ucuz olduğunu, maraq və növbənin isə Bakıdakından fərqlənmədiyini deyir. 

Yarmarka 5 yanvar tarixinədək davam edəcək.

Nəzrin Həsənova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri