Yan
2019
16:17
100
61
3467
Virtual karabakh

İki azərbaycanlı Kiyevdən deportasiya edildi

9 Yan, 2019
16:17
3467

İki azərbaycanlı Kiyevdən deportasiya edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiyevin “Julyanı” aeroportunda təyyarə ilə Bakıdan Kiyevə gələn üç nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Rusiya vətəndaşıdır. 

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, həmin şəxslər Ukraynaya gəlmə səbəblərini açıqlaya bilməyiblər. Bu zaman Rusiya vətəndaşı sərhədçilərə 200 dollar rüşvət təklif edib ki, onları ölkəyə buraxsınlar. 

Məsələ ilə əlaqədar Rusiya vətəndaşı saxlanılıb. Onun barəsində cinayət işi açılıb. 

Azərbaycanlıların isə Ukraynaya girişinə üç illik məhdudiyyət qoyulub. Onlar növbəti reyslə Kiyevdən Bakıya deportasiya edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri