14 
Yan
2019
11:48
15
232
8373
Virtual karabakh

Şamaxıda ər qəza törətdi, arvadı öldü - FOTO/VİDEO

14 Yan, 2019
11:48
8373

Şamaxıda ər qəza törətdi, arvadı öldü - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxıda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Oxu.Az-ın regional müxbirinin verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 127-ci km-də, Meysəri kəndi yaxınlığında qeydə alınıb.

Qəbələ rayonu, Əmirvan kənd sakini, 1982-ci il təvəllüdlü Zəkərayev Dəyanət Saslan oğlunun idarə etdiyi minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə, avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1989-cu il təvəllüdlü Zəkərayeva Pərvanə Rəcəb qızı hadisə yerində dünyasını dəyişib.

Digər sərnişin, İsmayıllı rayonu, Yenikənd kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyev Orxan  Cümşüd oğlu və sürücü ağır vəziyyətdə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Rəşad Aydın

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri