14 
Yan
2019
12:46
235
42
9285
Virtual karabakh

Anası azərbaycanlı olan altı yaşlı qız Hindistanda qalib oldu - VİDEO

14 Yan, 2019
12:46
9285

Anası azərbaycanlı olan altı yaşlı qız Hindistanda qalib oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Mumbay şəhərində 1-ci və 9-cu siniflər arasında ingilis dilində sərbəst danışıq üzrə müsabiqə keçirilib.

Oxu.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Sabrina Xan adlı altı yaşlı qız müsabiqənin qalibi olub.

Sabrinanın anası İradə xanım əslən azərbaycanlıdır və bir neçə il əvvələ qədər Bakının Xətai rayonundakı 55 saylı orta məktəbdə ingilis dili müəllimi işləyib. İradə Cavid Xanla ailə qurduqdan sonra Hindistana köçüb.

Ailənin Sabrina və Umar adlı iki övladı var. Hər iki uşaq Azərbaycan, ingilis və rus dilində danışır. Altı yaşlı Sabrina isə Mumbayda keçirilən müsabiqənin qalibi olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri