17 
Yan
2019
12:11
70
99
1549
Virtual karabakh

“Azərişıq”: Güclü küləklə əlaqədar heç bir şikayət daxil olmayıb

17 Yan, 2019
12:11
1549

“Azərişıq”: Güclü küləklə əlaqədar heç bir şikayət daxil olmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəskin hava şəraiti ilə əlaqədar ciddi qəzalardan yayınmaq üçün müəyyən ərazilərdə elektrik enerjisinin verilişinə qısa fasilələr edilib.

Bu barədə Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görülüb:

“Bütün rayonlarda, Bakıda, eləcə də, Sumqayıt ərazisində baş idarələrdən tutmuş bütün əməkdaşlar gücləndirilmiş iş rejimində çalışıb. Bu məqsədlə qəza təhlükəsi hiss edilən ərazilərdə əməkdaşlar tərəfindən qabaqlayıcı tədbir alınaraq elektrik enerjisinin verilişində qısa fasilələr (10-15 dəqiqə) yaranıb.

Bu tədbirlər çox ciddi qəza və hadisələrin yaşanma ehtimalının qarşısının alınması məqsədilə gerçəkləşdirilib. Amma bununla əlaqədar vətəndaşlardan heç bir şikayət zəngləri daxil olmayıb. Hər şey qaydasındadır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri