17 
Yan
2019
11:43
48
230
19833
Virtual karabakh

Külək Yasamalda dayanacağı uçurdu - YENİLƏNİB + FOTO

17 Yan, 2019
11:43
19833

Külək Yasamalda dayanacağı uçurdu - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda güclü külək yalnız bir dayanacağa ziyan vurub.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, mövcud hava şəraiti stabilləşdikdən sonra dayanacağın bərpası işlərinə başlanılacaq:

“Hazırda əməkdaşlarımız sözügedən ərazidədir. Bura Əbdürrəhim bəy Haqverdiyev küçəsidir. Güclü külək dayanacağın şüşələrini və yaxınlıqdakı reklam lövhəsini aşırıb. Əməkdaşlarımız problemi aradan qaldırmağa çalışır. Hava şəraiti sakitləşdikdən sonra yeni dayanacağın quraşdırılması işinə başlanılacaq. Vətəndaşlardan dayanacaqlarda dayanan zaman ehtiyatlı olmaları xahiş olunur”.

10:48

Bakıda güclü külək dayanacağın şüşəsini sındırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Ötən gecədən paytaxt ərazisində başlayan külək bir neçə sağlam ağacı da aşırıb.

Məlumata görə, külək paytaxtının “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən dayanacaqardan birinə ciddi ziyan vurub. Yaxınlıqdakı reklam lövhələri aşıb.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri