17 
Yan
2019
19:44
51
450
31744
Virtual karabakh

Bakıda TIR aşdı - YENİLƏNİB + VİDEO

17 Yan, 2019
19:44
31744

Bakıda TIR aşdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Ələt yolunun 19-cu kilometrliyində “Mercedes” markalı iki yük maşını aşıb.

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, hadisə bu gün saat 14:30 radələrində baş verib:

“İki yük maşının aşması nəticəsində bir nəfər xəsarət alıb. O, Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb”.

R. Quiyev qeyd edib ki, faktla bağlı araşdırma aparılır.

15.04

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində TIR-ın sürücüsü Türkiyə vətəndaşı xəsarət alıb.

Ərazidə olan insanların sözlərinə görə, qəzaya güclü küləyin əsməsi səbəb olub.

Həmin görüntüləri təqdim edirik:

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri