18 
Yan
2019
14:46
33
208
6628
Virtual karabakh

“Ana-bacı” söhbəti bir gənci həbsə, birini qəbrə göndərdi - MƏHKƏMƏ

18 Yan, 2019
14:46
6628

“Ana-bacı” söhbəti bir gənci həbsə, birini qəbrə göndərdi - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Emil Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Oxu.Az-ın xəbərinə görə, hakim Əliövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, E.Heydərov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin dekabr ayının 18-də Sabunçu rayonunda baş verib. Emil Heydərov Sabunçu qəsəbə sakini Nicat Həziyevi qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci polis bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş E.Heydərov saxlanılıb. Məlumata görə, 19 yaşlı E.Heydərov qətlə yetirdiyi 1992-ci il təvəllüdlü Həziyev Nicat Qulam oğlu ilə bir məhəllədə yaşayıb.

Polis tərəfindən saxlanılan E.Heydərov bildirib ki, özündən altı yaş böyük N.Həziyevi mübahisə zəminində öldürüb.

O deyib ki, N.Həziyevin qardaşının bəzi hərəkətlərindən xoşu gəlməyib. Belə ki, 25 yaşlı N.Həziyevin qardaşı məhəllədə, evlərinin qarşısında qızla öpüşüb. Bunu görən E.Heydərov həmin şəxsə “hamımızın ana-bacısı var, belə hərəkətlər lazım deyil” kimi irad bildirib. 

Bundan sonra söhbətdən N.Həziyev xəbər tutub və E.Heydərovla söhbətə gəlib. Nəticədə, E.Heydərov N.Həziyevi bıçaqlayaraq qətlə yetirib. 

E.Heydərova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Etibar Məmmədov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri