23 
Yan
2019
19:25
27
129
4146
Virtual karabakh

Mingəçevirdə təhlükəli tapıntı – FOTO

23 Yan, 2019
19:25
4146

Mingəçevirdə təhlükəli tapıntı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində qumbara və hərbi sursat aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Oxu.Az-a verilən məlumata görə, Agentliyə Mingəçevir şəhəri, Zərifə Əliyeva küçəsində əl qumbarasının və patronların aşkar olunması barədə daxil olan məlumat əsasında qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşları ərazidə abadlıq işləri aparılan sahəyə baxış keçirilib. 

Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası, bir ədəd RQD-5 əl qumbarası, iki ədəd UZRQM partladıcısı və 53 ədəd 5.45 mm-lik patron aşkar olunub, zərərsizləşdirilməsi üçün Mingəçevir şəhər Polis şöbəsinin əməkdaşlarından təhvil alınaraq Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri