Fev
2019
08:42
13
95
11419
Virtual karabakh

Nazirlik zəlzələ ilə bağlı məlumat yaydı

6 Fev, 2019
08:42
11419

Nazirlik zəlzələ ilə bağlı məlumat yaydı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 5-də İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32-də iki yeraltı təkan (zəlzələ) baş verib.

Oxu.Az xəbər verir ki, ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərovun jurnalistlərə verdiyi məlumata görə, zəlzələnin maqnitudası 5.1, dərinliyi 10 km olub.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, onun episentri Basqal kəndindən 5 km şimal-qərbə təsadüf edib. Episentrdə zəlzələnin intensivliyi 6 bal qiymətləndirilib. 

Bölgələrlə aparılmış operativ sorğunun nəticələrinə görə, zəlzələ Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

­­­Birinci təkan qısamüddətli, ikinci təkan isə nisbətən uzunmüddətli hiss edilib. İlkin məlumata görə, torpaq sürüşməsi ilə bağlı məlumatlar qeydə alınmayıb. Hazırda  dəqiqləşdirmələr aparılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri