22 
Fev
2019
10:46
12
149
4708
Virtual karabakh

Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti açıqlandı

22 Fev, 2019
10:46
4708

Sumqayıtda avtobus qəzasında yaralananların vəziyyəti açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 21-də Sumqayıtda baş verən avtobus qəzasında xəsarət alanların son vəziyyəti açıqlanıb. 

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qəzadan sonra ümumilikdə 31 müraciət daxil olub. 

“Onlardan yüngül xəsarətli və hadisə şoku ilə gələnlər də olub. İlkin yardımdan sonra 12 nəfər evə buraxılıb. Hazırda 19 nəfər Sumqayıt xəstəxanasında müalicəsini davam etdirir. Onlardan altısı reanimasiya, doqquzu travmatalogiya, dördü isə nevrocərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağır və yüngül dərəcəlidir”, - məlumatda qeyd edilib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri