24 
Fev
2019
11:54
471
39
8270
Virtual karabakh

Bakıda cibgir qadınlar tutuldu - VİDEO

24 Fev, 2019
11:54
8270

Bakıda cibgir qadınlar tutuldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində ayrı-ayrı şəxslərin pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ağdam rayon sakini Rəqsanə Zeynalova və Astara rayon sakini Günel Bayramova saxlanılıb.

Oxu.Az xəbər verir ki, araşdırma zamanı onların birlikdə müxtəlif vaxtlarda paytaxt sakinləri Fuad Osmanov, Azər Abbasov Ağarza Şirəliyevin ciblərindən  müvafiq olaraq 380, 1250 və 350 manat pul oğurladıqları məlum olub.

R. Zeynalovanın ətrafında aparılan araşdırma zamanı onun Nizami Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı Xəzər RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri