Mar
2019
11:04
93
112
4901
Virtual karabakh

Bakıda Novruz yarmarkaları açılır - ÜNVANLAR

1 Mar, 2019
11:04
4901

Bakıda Novruz yarmarkaları açılır - ÜNVANLAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Novruz bayramının yaxınlaşması ilə əlaqədar martın 2-dən etibarən paytaxtın bütün rayonlarında Novruz yarmarkaları fəaliyyətə başlayacaq.

Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bu yarmarkalarda respublikamızın müxtəlif bölgələrindən gəlmiş fermerlər şəhər sakinlərinə müxtəlif kənd təsərrüfatı mallarını bazar qiymətlərindən xeyli ucuz təklif edəcəklər. Məhsulların keyfiyyəti və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət ediləcək.

Həmçinin, paytaxt sakinlərinin rahatlığı üçün 12 yerdə, ilk növbədə, metro stansiyalarının yaxınlıqlarında 23-dən çox Novruz çadırları quraşdırılıb.

Yarmarkalar martın 25-nə kimi davam edəcək.

Rayonlar

Yarmarkaların ünvanları

1.

Binəqədi

7-ci mikrorayon, A.Kunanbayev küçəsi ilə S.S. Axundov küçəsinin kəsişməsi

2.

Qaradağ

Lökbatan qəsəbəsi, 28 May küçəsi

3.

Xətai

Məzahir Rüstəmov küçəsi 10,12, 21, 23 saylı yaşayış binaların əhatə dairəsi - (Məzahir Rüstəmov küçəsinin Sarayeva və S. Ə. Şirvani küçələri ilə kəsişməsi)

4.

Xəzər

Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi - 106    (köhnə avtovağzal ərazisi)

5.

Pirallahı

Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi 14 nömrəli evin qarşısındaki  qeyri-yaşayış obyekti

6.

Nərimanov

“Gənclik” metrostansiyasının çıxışı, Fətəli Xan Xoyski prospekti, 79 saylı binanın qarşısı

7.

Nəsimi

Mərdanov qardaşları küçəsi 59

8.

Nizami

Şirin Mirzəyev küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsi ( “Praqa” şadlıq evi ilə üzbəüz)

9.

Sabunçu

Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ilə Muxtar Fətəliyev küçəsinin kəsişməsi, bina 72-nin qarşısı

10.

Səbail

Nizami küçəsi  (“Land Mark”ın yaxınlığında)

11.

Suraxını

Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, “Günəş” ticarət mərkəzi

12.

Yasamal

H.Cavid prospekti (H.Cavid parkının ərazisində )

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri