Mar
2019
14:15
86
60
3606
Virtual karabakh

Azərbaycan çaylarını daha çox çirkləndirən ölkələr açıqlandı

2 Mar, 2019
14:15
3606

Azərbaycan çaylarını daha çox çirkləndirən ölkələr açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın çayları daha çox Ermənistan və Gürcüstan tərəfindən çirkləndirilir.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir:

“Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların, 35 %-i yerli çayların hesabınadır. İstənilən tranzit çaylarda çirklənmə vardır. Azərbaycan çayları isə daha çox Ermənistan, Gürcüstan ərazisindən axıdılan sular hesabına çirklənir.

Dövlətlər çoxtərəfli sazişlər çərçivəsində əməkdaşlıq edirlər. Bu əməkdaşlıq ondan ibarətdir ki, birgə komissiya çay vasitəsilə keçən bütün çirklənməyə nəzarət edir”.

Nazirlik rəsmisi bildirib ki, saziş imzalayan ölkələr çirkləndirmənin azaldılması üçün nəzarət edirlər: 

“Çirkləndirmə ilə bağlı İran ilə Araz çayı üzərində tədbirlər görülür. Çayın həm ekoloji, həm də hidroloji axınına nəzarət olur.

Arazın suyuna nəzarət üçün Beyləqanda böyük bir laboratoriya yaradılıb. Gündəlik məlumatlar toplanır. O cümlədən Kür çayı üzərində laboratoriya var və bütün çirklənmələr qeyd olunur”.

Mütəllim Əbdülhəsənov qeyd edib ki, çox təəssüf ki, təkcə tranzit çaylar yox, ölkə ərazisindəki çaylar da çirklənir:

“Bu bir çox şəhərlərdə bulaqüstü təmizləyici qurğular olmaması, Kür, Araz çayları və onun qolları, bilavasitə əsasən kommunal tullantı suları ilə çirkləndirilir. Bununla bağlı nazirlik tərəfindən mütəmadi tədbirlər görülür. Onlara qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi göstərişlər verilir, inzibati xətalar məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur”.

“Azərbaycan dövləti bu gün Kür çayı hövzəsində yerləşən bir çox  şəhər və rayonlarda kanalizasiya qurğuları sisteminin yenidən qurulması, tullantı su təmizləyici qurğuların tikilməsi ilə bağlı çoxlu sayda layihələr həyata keçirir. Artıq bu layihələr bir çoxunda yekunlaşmaq üzrədir. 10-a yaxın şəhərdə təmizləyici qurğular tikilib”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri