14 
Mar
2019
23:06
182
63
6366
Virtual karabakh

Bu həkimlərin maaşı artırılsın - Milli Məclisdə təklif

Azərbaycanda vərəmli xəstələrlə işləyən həkimlərin, orta tibb işçilərinin maaşları artırılmalıdır. 

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova Milli Məclisdə (MM) “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə deyib.

“Vərəm xəstəliyinin müalicəsi çox uzun prosesdir, ən həssas vərəm formalarının müalicəsi azı altı ay davam edir. Təsəvvür edin ki, bunun üçün nə qədər hövsələ lazımdır. 

Həkimin hansısa maddi marağı olmasa, o zaman bizdə hansısa göstəricilər düzələcək” deyən institut direktoru əlavə edib ki, vərəmin müalicəsi üçün xəstəyə ailə üzvlərinin çox güclü dəstəyi lazımdır: 

“Müəyyən bir dövr ərzində vərəmli xəstələrə Vərəmlə Mübarizə üzrə Qlobal Fond tərəfindən yardım verilirdi. Təxminən 50-75 manat yardım ayrılırdı, amma sonradan bu layihə dayandırıldı”.

H.Qədirova daha bir vacib məqama toxunub:

“Hazırda icbari tibbi sığortaya keçilir, amma vərəmli xəstələrin necə sığortalanacağı, bu xəstəliyin sığorta paketinə daxil olub-olmayacağı hələ də bəlli deyil”.

İnstitut direktoru qeyd edib ki, vərəmli xəstələrin uzun müddət stasionar müəssisədə yatmasına ehtiyac olmasa da, əlillik dərəcəsi almaq üçün onlar yatmalı olurlar: 

“Belə bir anlaşılmazlığa görə xəstələr çalışırlar ki, uzun müddət stasionar müəssisələrdə yatsınlar. Halbuki buna heç ehtiyac yoxdur, çünki onlar ev şəraitində müalicələrini davam etdirə bilərlər. Bu məsələnin həll edilməsi yaxşı olardı”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri