18 
Mar
2019
20:02
106
38
2982
Virtual karabakh

IMZA Group “Breyn Rinq” formatında intellektual oyun təşkil etdi - FOTO

18 Mar, 2019
20:02
2982

IMZA Group “Breyn Rinq” formatında intellektual oyun təşkil etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünənin tələbələri – bu günün mütəxəssisləri! IMZA Group yeni nəsil maliyyəçilər üçün “Breyn Rinq” formatında  intellektual oyun təşkil etdi.

IMZA Group, Azərbaycanda, yerli və xarici şirkətlərin, eləcə də Azərbaycan universitetləri və hökumət təşkilatlarının nümayəndələrini bir araya gətirərək, ilk dəfə tələbələr arasında maliyyə və mühasibat sahəsində “Breyn Rinq” formatında intellektual oyun təşkil etdi.

İntellektual oyunda, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetlərindən olmaqla ümumilikdə 8 komanda iştirak etmişdir. Tədbirdə müxtəlif şirkətlərin nümayəndələri ilə birlikdə Təhsil Nazirliyi və Vergilər Nazirliyinin nümayəndələri də iştirak ediblər.

IMZA Group-un direktoru Anar Məmmədov bildirib: 

“Bu gün, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu iqtisadi və sosial islahatların nəticələrinin davamlı və dayanıqlı olmasının əsas amillərindən biri də kadr potensialının inkişafıdır. Layihəmizin əsas məqsədi, oyunda rəqabət yaratmaqla tələbələrə öz bilik və bacarıqlarını potensial işəgötürənlərə nümayiş etdirməyə imkan yaratmaq, həmçinin tələbələri maliyyə biliklərini artırmaq üçün həvəsləndirməkdir”.

O, qeyd edib ki, bu oyun, seçilmiş 100 gəncin ACCA (İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) standartlarına uyğun ixtisaslarının təkmilləşdirilməsi və hazırlanması məqsədi ilə yaradılmış “100 Uğurlu İmza” layihəsinin davamı və bir hissəsi hesab edilə bilər. Layihə iştirakçılarının əksəriyyəti artıq bu gün mühasibat və maliyyə sahəsində beynəlxalq səviyyəli mütəxəssislərdir. Layihənin müvəffəqiyyət göstəricisi olaraq, İlqar Mustafayev, Ramin Əzizov, Elay Rəcəbli, Vaqif Nuriyev, Suğraxanım İbadova, Yeganə Səmədova və Mirələm Əkbərli kimi iştirakçıların artıq ACCA təlimçiləri olmasını misal gətirmək olar. Bununla yanaşı, onların cəmi iki il əvvəl bu yolda atdıqları ilk addımlarının nəticəsidir ki, bu gün onlar aparıcı şirkətlərin əməkdaşlarıdır.

Sonda, Məmmədov arzu edib ki, bu tədbir nüfuzlu şirkətlər, ali təhsil ocaqları, habelə dövlət qurumları ilə gələcəyin mütəxəssisləri arasında təmas nöqtəsi yaradacaq uğurlu platformaya çevirilsin. 

İntellektual müsabiqənin qalibi Azərbaycan Dövlət İqtisad Universitetinin komandası oldu. İlk 4 yer tutan komanda, IMZA Group tərəfindən ACCA təlim kurslarında təhsil almaqla bərabər, müxtəlif mükafatlarla təltif olundular. Bu mükafatlar, ilk növbədə, iştirakçıların maliyyə və mühasibat sahəsində böyük nailiyyətlər qazanmağına dəstək göstərilməsi məqsədini daşıyır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri