19 
Mar
2019
16:43
29
267
2604
Virtual karabakh

Ağsuda bu məscid 10 ildir bağlı qalıb - AÇIQLAMA

19 Mar, 2019
16:43
2604

Ağsuda bu məscid 10 ildir bağlı qalıb - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağsu rayonu Bico kəndində yerləşən Cümə məscidi 10 ilə yaxındır bağlıdır.

Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib.

Sakinlər məscidin nə üçün bağlanıldığından və nə zaman istifadəyə veriləcəyindən xəbərsizdir. Onlar deyir ki, bu barədə müraciət etdikləri qurumlardan məlumat ala bilmirlər.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağsu rayonu Bico kənd məscidinin bağlı olması sözügedən məscidin yerləşdiyi torpağın şəxsi mülkiyyət olması ilə əlaqəlidir:

“Məscidin yerləşdiyi torpağın sahibi ilə orada ibadət edənlər arasında yaranmış mübəhisə nəticəsində 10 ildən artıqdır ki, mülkiyyətçi tərəfindən dindarların istifadəsinə məhdudiyyət qoyulub. Vətəndaşların müraciəti əsasında Dövlət Komitəsi tərəfindən mülkiyyətçi ilə həmin torpağın bələdiyyənin balansına verilməsi barədə müzakirələr aparılmasına baxmayaraq, bu günədək mülkiyyətçi buna razılıq verməyib. 

Nəticə olaraq bildiririk ki, 1998-ci ildə tikilmiş məscid bələdiyyənin balansına verildikdən və ora rəsmi din xadimi təyin olunduqdan sonra fəaliyyətə başlaya bilər”.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri