28 
Mar
2019
16:05
132
67
4404
Virtual karabakh

Baş Prokurorluqdan “Diqlas” açıqlaması - Günahkarlar axtarılır

28 Mar, 2019
16:05
4404

Baş Prokurorluqdan “Diqlas” açıqlaması - Günahkarlar axtarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Cinayət işinin icraatı Azərbaycan Respublikası baş prokurorunun qərarı ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Hazırda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə istintaqı aparılan cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın, eləcə də cinayəti törətməkdə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Yanğın nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Nizami Rayon Prokurorluğunda yaradılmış Qərargahın 421-10-02 və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin 440-78-13 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri