28 
Mar
2019
18:06
39
143
8561
Virtual karabakh

“Diqlas”ın aqibəti necə olacaq?

28 Mar, 2019
18:06
8561

“Diqlas”ın aqibəti necə olacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Diqlas” ticarət mərkəzi sökülə bilər.

Bunu Oxu.Az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, yanğın zamanı binaya ciddi ziyan dəyib:

“Müvafiq rəylərdən sonra binanın sökülməsi labüddür”.

Yəhya Babanlı qeyd edib ki, “Diqlas” TM-də baş verən yanğınla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, martın 26-da ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın zamanı 400-dən çox vətəndaşa maddi zərər dəyib.  

Prezident Administrasiyasının nümayəndəsi Hüseyn Mövsümov bu gün icarədarlarla görüşdə bildirib ki, dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, “Diqlas”da malı yanan sahibkarlara dəyən ziyan dövlət tərəfindən ödəniləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri