Apr
2019
16:04
21
60
1800
Virtual karabakh

Bakıda DAK-ın iclası keçirilir - FOTO

3 Apr, 2019
16:04
1800

Bakıda DAK-ın iclası keçirilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) aeronaviqasiya üzrə koordinasiya komissiyasının 19-cu iclası keçirilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycan Hava Yolları”nın dəstəyi ilə keçirilən iclasın əsas mövzusu “Aeronaviqasiyada innovasiya texnologiyaları və uçuşların meteoroloji təminatı” olub.

İclası AZAL-ın nəzdindəki “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) direktoru Fərxan Quliyev, Dövlətlərarası Şuranın Aviasiya və Hava Məkanından İstifadə üzrə icraçı direktoru Eldar Bağırzadə və DAK-ın sədr müavini Konstantin Kleşev açıb. 

İclasda mülki aviasiya haqqında sazişə üzv ölkələrin aeronaviqasiya və meteoroloji xidmətləri, elmi tədqiqat institutları, elm-istehsalat mərkəzləri və təşkilatları, habelə təhsil müəssisələrinin rəhbərləri və ekspertləri iştirak ediblər. Müşavirə iştirakçıları iclasın yüksək səviyyədə təşkilini, məzmunlu və maraqlı təqdimatların keçirildiyini vurğulayıblar. 

Qeyd olunub ki, müasir texnologiyaların tətbiqi uçuşların təhlükəsizlik səviyyəsinin artırılması üçün əsas amillərdən biridir.

Səfər çərçivəsində iştirakçılar həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS), Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) və Milli Aviasiya Akademiyasının fəaliyyəti ilə tanış olublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri