Apr
2019
11:07
262
38
5611
Virtual karabakh

Yeni rektor ad gününü yataqxanadakı tələbələrlə keçirdi - FOTO

5 Apr, 2019
11:07
5611

Yeni rektor ad gününü yataqxanadakı tələbələrlə keçirdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev ad gününü universitetin yataqxanasındakı tələbələrlə keçirib. 

Bununla bağlı universitetin sosial şəbəkə səhifəsində məlumat verilib. 

Bildirilib ki, rektor yataqxanadakı şəraitlə tanış olub və tələbələrlə söhbət edərək, problemlərini dinləyib. 

Yataqxananın zalında baş tutan görüş zamanı rektorun ad gününün olduğu bildirilib. 

“Axşamüstü 7-8 olardı. Dedilər, rektor otaqlara baxır, şəraitlə tanış olur. Koridora çıxdıq. Ayaqüstü söhbətdən sonra zala yığışdıq. Suallar üçün tam şərait yaratdı, problemlərimizi dinlədi. Gəmirici, ağcaqanad, istilik, internet xətti, pəncərə toru, ödəniş - ürəyimizi boşaltdıq.

Qeydlər apardı. Axır ki, yolu yataqxana otaqlarından düşən, problemimizlə yerindəcə maraqlanan rektorumuz da oldu. Rektor özü ilə şirniyyat gətirmişdi. Sonra öyrəndik ki, ad günü imiş. Rektorun ad gününü bizimlə keçirməsi ikiqat sevinc oldu. Təbrik edirik sizi, Elçin müəllim. Problemlərimizin həllinə kömək göstərəcəyinizə inanırıq”, - paylaşımda qeyd edilib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri