Apr
2019
19:12
36
435
18743
Virtual karabakh

Fuad Paşayev ABŞ-da arvadını öldürdü

7 Apr, 2019
19:12
18743

Fuad Paşayev ABŞ-da arvadını öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Viskonsin ştatında yaşayan 23 yaşlı ukraynalı Tatyana Qujva vəhşicəsinə öldürülüb. Qatilin onun əri - Fuad Paşayev olduğu güman olunur.

Viskonsin-Dels şəhərinin polis departamenti bildirib ki, Tatyana Qujva cümə axşamı günü Vaşinqton bulvarında yerləşən evindən ölü tapılıb.

Polis şübhəli kimi onun əri, 31 yaşlı Fuad Paşayevi saxlayıb. Fuad Paşayevin bundan öncə yanvar ayında məişət zorakılığına yol verdiyinə görə saxlanıldığı və xəbərdarlıq aldığı deyilir.

Hazırda Fuad Paşayaevə qarşı zorakılıq, boğma, qanunsuz şəkildə azadlıqdan məhrum etmə, əmlakın məhv edilməsi və digər maddələr üzrə cinayət işi qaldırılıb.

Qeyd edək ki, Tatyana Qujva yanvarın 3-də polisə müraciət edərək Paşayevin onun  ölümlə təhdid etməsi barədə ərizə yazıb. Qadının sözlərinə görə, birlikdə olduqları 3 il ərzində  Fuad Paşayev alokoqollu içkilərdən hədsiz istifadə edib və onu dəfələrlə döyüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri