Apr
2019
11:28
505
26
19641
Virtual karabakh

“Space”dəki biabırçılığa görə iki nəfər işdən çıxarıldı

8 Apr, 2019
11:28
19641

“Space”dəki biabırçılığa görə iki nəfər işdən çıxarıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Space” TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlədildiyi üçün iki nəfər işdən çıxarılıb.

Bu barədə Oxu.Az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev məlumat verib. 

O bildirib ki, onlardan biri verilişin aparıcısı Anar Vaqifoğlu, digəri isə verilişin səs rejissorudur.

Qeyd edək ki, Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” telekanalını səkkiz min manat cərimələyib. 

Buna səbəb müğənni Rüfət Axundovun “Space” TV-nin canlı efirində “Hər səhər” proqramında mahnı oxuyarkən qeyri-etik və əxlaqa zidd ifadələr işlətməsi olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri