13 
Apr
2019
13:48
556
51
4058
Virtual karabakh

Bakı metrosunun ilk qadın maşinisti: Bu iş mənim üçün çətin deyil

13 Apr, 2019
13:48
4058

Bakı metrosunun ilk qadın maşinisti: Bu iş mənim üçün çətin deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlk maşinist qadın olduğum üçün sevincliyəm.

Bu sözləri ilk qadın maşinist Günay Həbibli Oxu.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, 2016-cı ildən metronun Memar Əcəmi stansiyasında qatarları qəbul edib yola salırdı:

“Maşinistlərin işə qəbulu ilə bağlı elanı gördüm. Özümü sınamaq üçün sənədlərimi hazırlayıb müraciət etdim.10 qadın maşinist namizəd arasından seçildim. Bu, mənim üçün böyük uğurdur.

Artıq aprel ayından etibarən maşinist olaraq çalışıram. Düşünürəm ki, bu böyük məsuliyyətdir. Gün ərzində metrodan minlərlə sərnişin istifadə edir və biz onların qatarlarda təhlükəsiz şəkildə aparılmasına cavabdehik. İşimi sevirəm və həvəslə görürəm. Bəlkə də ona görədir ki, bu iş mənim üçün heç də çətin deyil”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri