May
2019
19:53
321
42
4387
Virtual karabakh

Azərbaycan səfirliyi: Rusiyada erməni təxribatının qarşısı alındı

7 May, 2019
19:53
4387

Azərbaycan səfirliyi: Rusiyada erməni təxribatının qarşısı alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Mayın 7-də sosial şəbəkələrdə  erməni diasporu tərəfindən M.B. Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) Şuşanın “işğaldan azad edilməsinin ildönümü”nə həsr olunmuş tədbir keçiriləcəyi barədə məlumat yayılmışdı. 

“Moskvanın Azərbaycan İcması” təşkilatı erməni diasporunun Azərbaycana qarşı təxribat hazırlığı ilə bağlı müvafiq dövlət strukturlarına müraciət edib.

Bununla əlaqədar olaraq, Azərbaycanın Rusiyadakı səfirliyi MDU-nun rəhbərliyinə müraciət edib. Səfirliyə universitetdən məlumat verilib ki, belə bir tədbirin keçirilməsi planlaşdırılmayıb və ali məktəbin divarları arasında belə bir hala yol verilə bilməz. Eyni zamanda səfirliyin narahatlığını nəzərə alan ali məktəb rəhbərliyi sosial şəbəkələrdə məlumatı yayan şəxslərlə söhbət aparıb və məlumat yığışdırılıb.

Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımıza  öz vətəndaş mövqelərini nümayiş etdirdikləri üçün  təşəkkür edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri