17 
May
2019
11:54
87
37
4358
Virtual karabakh

Polisdən sürücülərə oğrularla bağlı xəbərdarlıq - VİDEO

17 May, 2019
11:54
4358

Polisdən sürücülərə oğrularla bağlı xəbərdarlıq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sürücülərə xəbərdarlıq edib.

Oxu.Az xəbər verir ki, xəbərdarlıq son vaxtlar avtomobillərdən edilən oğurluq hallarının artması ilə bağlıdır.

Məlumata görə, paytaxtda nəqliyyat vasitələrindən qeydə alınan talamalar – oğurluqların açıq qapıdan, açıq pəncərədən daxil olmaqla da törədilməsi müşahidə olunur.

BŞBPİ-nin xəbərdarlığında qeyd edilib ki, avtomobilləri parklayarkən, qısa müddətdə tərk edərkən, salonda nəzarətsiz qalan qiymətli əşyalar kriminala meyilli şəxslərin diqqətindən yayınmır.

Viktimoloji vəziyyəti nəzərə alaraq, polis sosial-maarifləndirici qisametrajlı film vasitəsilə cəmiyyətə müraciət edir, “Məsuliyyət hər kəsin təhlükəsizliyidir – İlk növbədə sənin: Əmlakınıza etinasız yanaşmayın!” şüarı ilə cəmiyyəti diqqətli və məsuliyyətli olmağa səsləyir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri