21 
May
2019
13:51
158
35
3051
Virtual karabakh

Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanıldı

21 May, 2019
13:51
3051

Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında 20 Yanvar küçəsində yerləşən mağazadan oğurluq edilməsinin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xüsusi texniki vasitələrlə qorunan obyektdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman oranın qapısının sındırıldığı müəyyən edilib.

Polis əməkdaşları hadisə yerinə daxil olan zaman əlində kəsici alət olan bir nəfəri mağazadan oğurluq etmək istəyən zaman saxlamağa nail olublar. Ərazi üzrə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə aparılan həmin şəxsin yetkinlik yaşına çatmayan S.P. olduğu müəyyən edilib.

Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun Nəsimi rayonunda müxtəlif vaxtlarda bir avtomobildən, dərzi sexi, gözəllik salonu və daha bir mağazadan pul, həmçinin, mobil telefonlar oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri