23 
May
2019
11:17
12
97
2068
Virtual karabakh

Qadınlara qarşı zorakılığın iqtisadi dəyəri açıqlandı

23 May, 2019
11:17
2068

Qadınlara qarşı zorakılığın iqtisadi dəyəri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadınlara qarşı zorakılığın iqtisadi dəyəri ÜDM-də 2 faizə yaxındır. Bu isə 1,5 trilyon ABŞ dollarına və ya Kanadanın iqtisadiyyatına bərabərdir.

Oxu.Az xəbər verir ki, bu sözləri Ailə qadın və uşaq problemləri komitəsinin sədri Hicran Hüseynova “Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi nəticələri” adlı tədqiqatın təqdimat mərasimində deyib. 

O bildirib ki, zorakılığın xərcləri ölkənin təhsil xərcləri ilə eyni və hətta daha çoxdur:

“Qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması kifayət qədər çox vəsait tələb edir. Qadına qarşı zorakılığın olması yoxsulluğun qarşısının alınmasına mane olur, məşğulluğun, məhsuldarlığın aşağı düşməsi ilə nəticələnir.

Qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunlar daim təkmilləşdirilir, yeni maarifləndirici tədbirlər aparılır. Lakin buna baxmayaraq qadınlara qarşı zorakılıq halları hələ də qalır.

Qız qaçırtma, zorla ailə qurmağa məcbur etmək və bu tip digər anlayışlar bu zorakılıqların ən çox müşahidə edilən hallarıdır. Dünyanın bir çox ölkələrində qadınlara qarşı zorakılığın öyrənilməsi və aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülür. Azərbaycanda da bu tədbirlər aparılır. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu, bütün cəmiyyətə təsir edir.

Qadın çalışırsa, o, zorakılıq səbəbindən iş fəaliyyətini itirə bilər. Bu isə çalışdığı iş yeri ilə yanaşı ümumilikdə iqtisadi xərclərə yük yarada bilir. Qadınlara qarşı zorakılığın nəsilləri uşaqların təhsil göstəricilərini də aşağı salır. Etiraf edək ki, bütün dünyada qadınlara qarşı zorakılıq halları insan hüquqlarının tam müdafiəsinin gerçəkləşməsinə əsas manelərdən biridir. Bu tədbirlər 2030-cu ilə qədər yüksək göstəricilər əldə etmək naminə qarşıya qoyulan məqsədlərə çatmaq üçün ən uyğun vasitədir. Biz çalışırıq ki, gender bərabərliyi qorunsun”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri