23 
May
2019
18:44
36
225
4227
Virtual karabakh

Qadınlar ən çox cinsi partnyorunun zorakılığına məruz qalır - RƏY

23 May, 2019
18:44
4227

Qadınlar ən çox cinsi partnyorunun zorakılığına məruz qalır - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada hər üç qadından biri zorakılığa məruz qalır.

Oxu.Az xəbər verir ki, bu sözləri BMT-nin Rezident Əlaqələndirici Qulam İshaqzai deyib.

Onun sözlərinə görə, Azərbaycan daxil olmaqla, dünyanın bir çox ölkələrində qadınlar zorakılıqla üzləşir:

“Biz qadın zorakılığının əsas səbəblərini araşdırmağa çalışırıq. Bunun səbəblərinin araşdırılması üçün 2008-ci ildə araşdırma aparmışıq. Nəticəyə görə, Azərbaycanda keçirilən gender əsaslı zorakılıq üzrə ilk tədqiqatın, cinsi partnyoru olmuş bütün qadınların 15 faizi həyatlarının müəyyən məqamlarında cinsi partnyorun fiziki zorakılığına məruz qalırlar. 2016-cı ildə aparılan nəticələrə görə isə bu rəqəmlərdə artım müşahidə edilib.

Yekun nəticədə kişilərin 32,5 faizinin zorakılıq törətməsi, qadınların isə 32,1 faizinin zorakılığa məruz qalma halları qeydə alınıb. Nəticələr iqtisadi inkişafa zərbə kimi qiymətləndirilib. Zorakılığı törədən insanlar anlamalıdırlar ki, bu, bütün cəmiyyətə təsir edir. Bütün dünya ölkələrində zorakılıq törədən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün layihələr hazırlanır.

Həmin insanların cəzalandırılması digər qadınların təhlükə hissini azaldacaq. Çünki insanlar özlərini təhlükəsiz hiss etdikdə onların sosial fəaliyyətləri daha da artır. Əksinə, daim təhlükədə və zorakılıq riski ilə qarşı-qarşıya qaldıqda isə bu, təbii olaraq bütün ölkələrin iqtisadi durumunu zərbə altında qoyur.

Bizim məqsədimiz bütün qadın və qızların özlərini təhlükəsiz sosial mühitdə hiss etməsini təşkil etməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində aparılan tədqiqatlar davam edir. Növbəti tədqiqatın nəticələri 2020-ci ilin birinci rübündə açıqlanacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri