24 
May
2019
19:50
93
57
3935
Virtual karabakh

Sabahdan Bakıda Azarkeş Festivalı başlayır

24 May, 2019
19:50
3935

Sabahdan Bakıda Azarkeş Festivalı başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu çərçivəsində  Azarkeş Festivalı təşkil olunacaq.

Oxu.Az xəbər verir ki, Azarkeş Ferstivalı Dənizkənarı Bulvarda (əsas giriş: Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaxınlığı) təşkil olunub və mayın 25-dən mayın 29-na qədər fəaliyyət göstərəcək. 

Mayın 25-də məşhur futbolçular ingiltərəli Maykl Ouen və italiyalı Françesko Toldo Azarkeş Festivalının qonağı olacaq.

Festivalda balacaların əyləncəsi də nəzərdə tutulub. Uşaqlar üçün ayrılmış zonada azyaşlılar yumşaq qalanın üzərində tullana, öz üzlərinə rənglətdirə və zərbə yarışlarında bacarıqlarını nümayiş etdirə, həmçinin böyüklər müxtəlif oyunlara qatılaraq, hədiyyələr qazana bilərlər.

Festival günləri və iş saatları:

25-27 may: 14:00 - 22:00

28 may: 12:00 - 22:00

29 may: 10:00 - 22:00

Giriş hər kəs üçün pulsuzdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri