25 
May
2019
03:13
6
179
2775
Virtual karabakh

Ucarda qəza: Xəsarət alanlar var

25 May, 2019
03:13
2775

Ucarda qəza: Xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az bildirir ki, hadisə Bakı-Qazax yolunun 212  km-də Ucarın Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü Qazax rayon sakini 54 yaşlı Əsgərov Ədalət Vahid oğlu Bakı istiqamətində hərəkətdə olarkən avtomobilində nasazlıq yaranıb. Sürücü idarəetməni itirərək avtomobili bir neçə dəfə aşırıb. Nəticədə sürücü və sərnişin - sürücünün bacısı 52 yaşlı Əsgərova Yeganə Vahid qızı müxtəlif növ yüngül bədən xəsarətləri alıblar.

Hadisə yerinə Kürdəmir RMX –nın təcili tibbi yardım şöbəsinin avtomobili gələrək xəsarət alanlara yardım göstərib.Faktla bağlı araşdırma aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri