25 
May
2019
02:33
21
124
2839
Virtual karabakh

Nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşmasından danışdı

25 May, 2019
02:33
2839

Nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşmasından danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün görülən işlərdə məqsəd, yalnız tədrisin keyfiyyətini artırmaq deyil, məktəblərdə sağlam psixoloji mühitin yaradılması, tərbiyə sisteminin təkmilləşdirilməsi təhsil müəsissələrinin qarşısında duran başlıca vəzifələrdəndir”.

Bu fikirlər Masallıda Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair keçirilən zona müşavirəsində səsləndirilib.

Müşavirədə Təhsil nazirinin müavini Məhəbbət Vəliyev da iştirak edib. Qeyd olunub ki, respublikamızın inkişafına təkan verən əsas sahələrdən biri də təhsildir. Təhsil işçiləri çətin, eyni zamanda məsuliyyətli və şərəfli işi yerinə yetirirlər. Ümumi təhsil pilləsinin əhəmiyyətindən söz açan nazir müavini şagirdlərin düzgün istiqamətdə formalaşması, onlarda həyat üçün vacib olan keyfiyyətlərin aşılanmasının məhz bu pillədən başlandığını da qeyd edib. 

Müşavirədə təqdim edilən hesabata əsasən, zəif qiymətləndirilən məktəblərin, eyni zamanda müəllimlərin fəaliyyətlərinin izlənilməsi, nəticələrin geniş şəkildə təhlil olunması tövsiyyə edilib. Daha sonra Cəlilabad, Masallı və Yardımlı rayon təhsil şöbələri müdirlərinin 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatları dinlənilib. Sonra müzakirələr aparılıb, bir sıra təkliflər dinlənilib.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri