27 
May
2019
11:58
48
134
2471
Virtual karabakh

Azərbaycanda küləyin sürəti saniyədə 28 metrə çatdı

27 May, 2019
11:58
2471

Azərbaycanda küləyin sürəti saniyədə 28 metrə çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 26-sı gündüzdən mayın 27-i səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb.

Böyük Qafqazın bəzi yerlərində yağış leysan xarakterli olub, ayrı-ayrı yerlərə dolu düşüb, güclü qərb küləyi əsib. 

Bölgələrə düşən yağıntının miqdarı Böyük Qafqazda: Sarıbaşda (Qax) 19, İsmayıllıda 11, Qubada 8, Kişçayda (Şəki) 7, Zaqatalada 5, Xınalıqda 4, Balakən, Qəbələ, Şəkidə 2, Şahdağ, Şamaxı, Mərəzə, Xaçmaz, Qusar, Xaltanda 1 millimetrədək; Qazax-Gəncə zonasında: Naftalanda 14, Ağdamda 5, Şəmkirdə 3.0 millimetr, Mərkəzi-Aran rayonlarında: Göyçayda 8, Bərdə, Cəfərxanda 4, Mingəçevir, Yevlaxda 3, Kürdəmirdə 2, Tərtər, Zərdab, Sabirabad, Salyan, Qazıməmməddə 1.0 millimetrədək; Kiçik Qafqazda: Toğana Çaykənd HMM-da 24, Gədəbəydə 16, Daşkəsəndə 2, Göygöldə 0.1 millimetr; Lənkəran-Astara zonasında: Lerikdə 5, Biləsuvar, Neftçala, Yardımlı, Lənkəranda 0.4-1.0 millimetr; Naxçıvan MR-da: Ağdərədə (Ordubad) 4, Şahbuzda 2, Naxçıvanda 1, Şərurda 0.5 millimetr; Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakıda 3, Maştağa, Binə, Zabrat, Pirallahıda 1.0 millimetrədək qeydə alınıb.

Mayın 26-da saat 13:05-13:09 radələrində Naftalanda diametri 11 millimetr, saat 22:17-22:34 radələrində Şəki rayonu Kiş kəndində 10-12 millimetr, Samux rayonunda saat 19:55-19:58 radələrində 13 millimetr, Qazax rayon Dağ Kəsəməndə saat 19:07-19:12 radələrində 11 millimetr, Gədəbəydə saat 15:58-16:07 radələrində diametri 11-13 millimetr, Ağstafa rayonunun bəzi kəndlərinə saat 18:10-18:14 radələrində diametri 10 millimetr olan dolu düşüb. 

Qərb küləyi Tərtər, Mingəçevir, Gəncədə 28, Şəmkir, Daşkəsəndə 23, Ağstafa, Ceyrançöldə 22, Quba, Naftalanda 20, Sabirabadda  17, Tovuzda 16, Gədəbəydə 15, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda arabir 17-22 m/s-dək güclənib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri