14 
İyn
2019
09:39
19
225
6624
Virtual karabakh

Oğuzda qadın sürücü qəza törətdi: ölənlər var

14 İyn, 2019
09:39
6624

Oğuzda qadın sürücü qəza törətdi: ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında Oğuz rayonunun Bayan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 50 yaşlı Bakı şəhər sakini Elnarə Ağakərimovanın idarə etdiyi minik maşını yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində keçinib.

Avtomobildə olan bir ailənin üzvləri - 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və doqquz yaşlı Zəki Hadıyev ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

İlkin Tuncay

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri