14 
İyn
2019
13:37
19
243
7150
Virtual karabakh

Paytaxtda qəzada yaralananların adları bilindi - YENİLƏNİB

14 İyn, 2019
13:37
7150

Paytaxtda qəzada yaralananların adları bilindi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda qeydə alınan ağır yol-nəqliyyat hadisəsində yaralananların adları açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bunlar 1969-cu il təvəllüdlü Əliyeva Kəmalə Zakir qızı, 1979-cu il təvəllüdlü Qurbanova Səmayə Nizaməddin qızı, 1999-cu il təvəllüdlü Ağamirova Esmira Zöhrab qızı və 1986-cı il təvəllüdlü Mustafayev Sərxan Elman oğludur.

Bundan əvvəl hadisə nəticəsində üç nəfərin yaralandığına dair xəbər yayılmışdı.

10:50

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə zamanı üç qadın xəsarət alıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, 19 və 40 yaşlı qadınlar qapalı kəllə-beyin travması ilə, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda onların müayinələri davam edir.

Könül Cəfərli, Elşad Mətləboğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri