18 
İyn
2019
12:43
275
24
4400
Virtual karabakh

Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO

18 İyn, 2019
12:43
4400

Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda daha bir narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, paytaxtın Nizami rayonunda isə Bakı şəhər sakini Firuz Mehdizadə İbrahim Cəfərovun 242 manat pulunu bankomat kartından oğurladığı üçün tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,185 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

F.Mehdizadə ifadəsində heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Gündüz adlı narkotacirdən aldığını bildirib.

Beləcə, narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilən Gündüz Tahirov da tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı 3,550 qram heroin, 5 kiloqram 10 qram qurudulmuş marixuana, müxtəlif növ psixotrop dərmanlar, 10 ədəd kultivasiya edilmiş çətənə kolu aşkar edilərək götürülüb. 

Bundan başqa, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov Qaxın Qorağan kəndi ərazisində bir kiloqram narkotik vasitə olan heroin və 500 qram metamfetaminlə saxlanılıb.

Eləcə də narkotik vasitələrin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini Rövşən Əliyev saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 98 ədəd narkotik tərkibli çətənə bitkisi və 19 ədəd ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri