18 
İyn
2019
12:20
163
8
3023
Virtual karabakh

Əsrlərin peşəsi: mismarsız, yapışqansız sənət əsərləri - FOTO\VİDEO

Yaşı əsrlərlə ölçülən şəbəkə sənətini bu gün də qoruyub-saxlayan və davam etdirənlər var.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, barmaqla sayıla biləcək qədər az olsalar da, onlardan birini - şəkili şəbəkə ustası Tofiq ustanı tanımayan yoxdur.

O, ömrünün böyük hissəsini bu sənətə həsr edib. Bu, onların ailə sənətidir. Atası məşhur şəbəkə ustası, Əməkdar rəssam Əşrəf usta XVII əsrdən bu yana itib-batmaqda olan sənəti dirçəldib.

Tofiq Rəsulov babasının atasına, atasının da özünə miras qoyub getdiyi bu sənəti indi məktəb kimi inkişaf etdirir və IV nəsil nümayəndəsi olan iki oğlu da hazırda bu sənətlə məşğuldur.

“Şəbəkə” sözü tor və yaxud barmaqlıq mənasını verir. Burada yalnız fıstıq ağacından istifadə olunur. Buxarda 15 gün bişən fıstıq 20 gün qurudulur. Al-əlvan şüşələr isə taxta parçaları ilə birləşdikdə ecazkar görüntü ortaya çıxır.

Günümüzdə şəbəkədən artıq geniş şəkildə istifadə olunmağa başlanılıb. Tofiq ustanın əl işləri turistlər tərəfindən bir çox xarici ölkələrə də aparılıb. Dünyada məşhur olan XVII əsrin bəzəyi Xan Sarayı da şəbəkə ilə bir mismar belə istifadə olunmadan bəzədilib.

T.Rəsulov 2002-2004-cü illərdə Xan Sarayını bərpa edib. 2011-ci ildə isə Şəkixanovlarının evinin bərpasını tamamlayıb. İndi o, atasından sonra Xan Sarayını bərpa edən ikinci şəxs olduğu üçün çox xoşbəxt olduğunu deyir.

İlkin Tuncay

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri