19 
İyn
2019
22:20
317
23
4827
Virtual karabakh

Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırdı

19 İyn, 2019
22:20
4827

Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.

O, bu barədə öz bəyanatında bildirib:

“Salam, əziz həmvətənlərim! Mən 12 gündür davam etdirdiyim aclıq aksiyasına son verməyi qərara aldım. Bunun başlıca səbəbi ürək qan-damar sistemimdə meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də təcili yardım xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını saxlayım.

Amma təəssüflə bildirmək istəyirəm ki, tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağımın və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb.

Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəm. Sağ olun, salamat qalın”.

Qeyd edək ki, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınıb. İyunun 7-də F.Abbasov aclıq aksiyası elan etmişdi. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri