24 
İyn
2019
08:43
24
261
4663
Virtual karabakh

Yolda huşsuz vəziyyətdə tapılan şəxs xəstəxanada öldü

24 İyn, 2019
08:43
4663

Yolda huşsuz vəziyyətdə tapılan şəxs xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ələt-Astara magistralında huşsuz vəziyyətdə 34 yaşlı kişi tapılıb.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Polis əməkdaşları magistral yolda hərəkətdə olarkən yolun kənarında huşsuz vəziyyətdə qalan kişini görüblər. Dərhal həmin şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada həkimlərin səyinə baxmayaraq kişi dünyasını dəyişib. Məlum olub ki, kəllə-beyin travması ilə dünyasını dəyişən şəxs Astara rayon sakini, 1985-ci il təvəllüdlü Mirzəyev Taleh Atakişi oğludur.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri