24 
İyn
2019
09:52
23
252
7680
Virtual karabakh

Paytaxtda piyadaların səhlənkarlığı: yeni qəzalar - VİDEO

24 İyn, 2019
09:52
7680

Paytaxtda piyadaların səhlənkarlığı: yeni qəzalar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son sutka ərzində Bakıda piyadaların vurulması ilə nəticələnən iki yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Oxu.Az xəbər verir ki, hadisələrdən biri dünən axşam saatlarında Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza zamanı 90-RH-490 dövlət nömrə nişanlı, “Toyota” markalı avtomobil yolu keçmək istəyən şəxsi vurub. Hadisə zamanı piyada ağır xəsarət alıb. 

Digər hadisə isə gecə saatlarında Nobel prospektində baş verib. “Ford” markalı avtomobil yolu keçmək istəyən şəxsi vurub. Onun vəziyyəti ilə bağlı məlumat yoxdur. 

Qeyd edək ki, hər iki hadisə zamanı vurulan şəxslər yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçməyə cəhd edib. 

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri