26 
İyn
2019
12:28
29
310
8805
Virtual karabakh

Dönərxanadakı kütləvi zəhərlənmənin - SƏBƏBİ

26 İyn, 2019
12:28
8805

Dönərxanadakı kütləvi zəhərlənmənin - SƏBƏBİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Bakının Xətai rayonu, Babək prospekti, “Maşın bazarı” adlanan ərazisində yerləşən dönərxanada 12 nəfərdə bir neçə saatdan sonra baş verən zəhərlənmənin səbəbləri məlum olub.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində qeyd olunan obyektin vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus olması aşkarlanıb.

Zəhərlənməyə səbəb kimi baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar və emal sahəsində qida təhlükəsizliyi qaydalarının ciddi şəkildə pozulması göstərilir.

Araşdırmalar davam etdirilir.

Qeyd edilir ki, zəhərlənən 12 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 1 nəfərin müalicəsi isə Klinik Tibbi  Mərkəzdə davam etdirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri