27 
İyn
2019
16:15
15
202
5737
Virtual karabakh

Biləsuvarda ağır qəzada ölən və yaralıların adları bilindi - YENİLƏNİB

27 İyn, 2019
16:15
5737

Biləsuvarda ağır qəzada ölən və yaralıların adları bilindi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda iki nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasının təfərrüatı məlum olub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün günorta saatlarında Biləsuvar-Bəhramtəpə avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Dövlətov Şakir İnşallah oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobillə həmkəndlisi, 1996-ci il təvəllüdlü Məmmədov Asim Rasim oğlunun idarə etdiyi “VAZ-21015” markalı avtomobil toqquşub. 

Qəza nəticəsində “VAZ-21015”də olan sərnişinlər, 1944-cü il təvəllüdlü Tağıyeva Şükufə Qəhrəman qızı və 1961-ci il təvəllüdlü Hüseynova Güllübəyim Mehdi qızı hadisə yerində ölüblər.

Bundan başqa, hər iki sürücü və İsmətli kənd sakinləri - 1993-cü il təvəllüdlü Tağızadə Araz Əsəd oğlu, 1979-cu il təvəllüdlü Əliyeva Məlahət Qurban qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ-21015” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan iki nəfərin meyitini deformasiyaya uğrayan maşından çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Yaralılar isə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır. 

15:15

Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobillə “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər hadisə yerində həyatını itirib. Ölənlərin Biləsuvar sakinləri olduğu bildirilir. Hadisə nəticəsində dörd nəfər yaralanıb.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri