28 
İyn
2019
18:07
24
259
7376
Virtual karabakh

Azərbaycana qaytarılan girovun anası danışdı: Vəziyyəti yaxşı sayılmaz

28 İyn, 2019
18:07
7376

Azərbaycana qaytarılan girovun anası danışdı: Vəziyyəti yaxşı sayılmaz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ermənistan girovluğundan azad edilmiş Azərbaycan vətəndaşı Elvin İbrahimovun anası Qərənfil İbrahimova oğlunun vəziyyətindən danışıb.

Oxu.Az-a açıqlamasında Q.İbrahimova oğlunun bir neçə gündən sonra evə buraxılacağını deyib:

“İki saat əvvəl görüşmüşük. Məni görüb ağladı. Vəziyyəti yaxşı sayılmaz. Həkimlər bir neçə gündən sonra evə buraxacaqlar.

Ailəmizə, oğluma göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.

Xatırladaq ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri