İyl
2019
01:30
22
284
8948
Virtual karabakh

“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

8 İyl, 2019
01:30
8948

“Bakubus”un yük maşını ilə toqquşması zamanı yaralananların kimliyi bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hövsan yolunda baş verən ağır qəzada yaralananların kimliyi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, qəza zamanı “Ford” markalı yük avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Babacanov Ramil Əli oğlu, sərnişin avtobusunun sürücüsü 1978-ci il təvəllüdlü Əliyev Rabil Alim oğlu və sərnişinlər 62 yaşlı Kazımov Fazil Mahmud oğlu, 39 yaşlı İsmayılov İsa Zahid oğlu və 1978-ci il təvəllüdlü Novruzova Bahar Fərəməz qızı xəsarət alıb.

Yaralılar təcili olaraq xəstəxanaya yerləşdirilib.

R.Babacanova döş qəfəsinin əziyi, F.Kazımova sağ əlin barmaqlarının sınığı, İ.İsmayılova sağ baldırın və sol qolun kəsilmiş yarası, R.Əliyevə döş qəfəsinin əziyi, B.Novruzovaya isə döş qəfəsinin əziyi diaqnozu qoyulub.

00:41

Hövsan yolunda ağır qəzada 5 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, axşam saatlarında Hövsan yolunda qəza baş verib.

“Ford” markalı yük avtomobili “BakuBus” MMC-yə məxsus 175 nömrəli marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu ilə toqquşub.

Nəticədə yük avtomobilinin sürücüsü və sərnişin, eləcə də, avtobusda olan bir neçə sərnişin xəsarət alıb.

Yaralıların vəziyyəti və şəxsiyyəti hələlik məlum deyil.

Qeyd edək ki, uzun illərdir Hövsan yolunda işıq dirəkləri olsa da, dirəklərə elektrik enerjisi verilmir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, yolun qaranlıq olması səbəbindən hər ay bu yolda ölümlə və xəsarətlə nəticələnən ağır qəzalar baş verir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri