15 
İyl
2019
13:47
21
207
4543
Virtual karabakh

Qubada bir ailə zəhərləndi - ADLAR + YENİLƏNİB

15 İyl, 2019
13:47
4543

Qubada bir ailə zəhərləndi - ADLAR + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubanın Dəlləkli kəndində qidadan zəhərlənənlərin adları məlum olub. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, kənd sakinləri 67 yaşlı Zöhrə Hüseynova, 11 yaşlı Bilal Ömərov, 8 yaşlı Ömər Ömərov, 32 yaşlı Mavigül Ömərova və 31 yaşlı Rəhilə Ömərova ötən gün axşam saatlarında Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 

Onlara qida zəhərlənməsi və kəskin qastroenterit diaqnozu qoyulub. Zəhərlənən şəxslərin müalicəsi Yoluxucu Xəstəliklər şöbəsində davam etdirilir. 

Faktla bağlı araşdırma aparılır.

13:24

Qubada kütləvi zəhərlənmə qeydə alınıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, beş nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların qidadan zəhərləndiyi bildirilir:

“Xəstələrin mədələri yuyulub, tibbi yardım göstərilərək, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri stabildir. Nümunələr Respublika Gigiyena və  Epidemioloji Mərkəzinə göndərilib. Cavab gələndən sonra səbəblər bilinəcək”.

İlhamə Əbülfət, Tehran Orucoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri