16 
İyl
2019
14:22
158
96
8777
Virtual karabakh

Narkotiki arvadının alt paltarında gizlətdi - Gömrükçülər tapdı

16 İyl, 2019
14:22
8777

Narkotiki arvadının alt paltarında gizlətdi - Gömrükçülər tapdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan vətəndaşları Rəsulov Elbrus Seyfəli oğlu və həyat yoldaşı Ağayeva Elvira Zabir qızı birlikdə piyada yolla İrandan ölkəyə gələrkən Astara gömrük postunda gömrük nəzarəti zamanı saxlanılaraq, onların üzərində ayrı-ayrılıqda şəxsi yoxlama aparılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bildirilib ki, Elvira Ağayevanın üzərində aparılan şəxsi yoxlama zamanı onun əynindəki alt paltarında gizlədərək keçirməyə cəhd göstərdiyi, şəffaf rəngli sellofana bükülü bağlamada 330 ədəd “metadon” adlı həblər aşkar edilib.

Fakt üzrə ilkin araşdırma zamanı E.Ağayeva həmin həblərin onunla birlikdə İrandan gələn həyat yoldaşına məxsus olduğunu, onun tapşırığına əsasən gömrük nəzarətindən gizlətmək məqsədilə belə bir addım atdığını bildirib, eyni zamanda, E.Rəsulov onun dediklərini təsdiq edib.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.

Faktla bağlı cinayət işi başlanılıb və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri