20 
İyl
2019
00:45
18
226
7522
Virtual karabakh

Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

20 İyl, 2019
00:45
7522

Əsrikdə faciə: istirahətə gedən gənc qayadan yıxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzun Cırdaxan kəndi ərazisində yerləşən Əsrik dərəsindəki istirahət mərkəzlərindən birində faciə baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, Əsrikdə istirahət edən Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü İmanov Səbuhi Mübariz oğlu yüksək qayadan yıxılıb.

Əraziyə cəlb olunmuş FHN-nin xilasediciləri yaralını çıxarmağa müvəffəq olublar.

Zərərçəkmiş təcili olaraq xəstəxanaya aparılıb.

Bədəninin bir neçə yerində qırıqlar olan yaralıya ilkin tibbi yardım göstərilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri