31 
İyl
2019
17:37
18
384
11829
Virtual karabakh

Zaqatalada intihar edən qızın bir ay sonra toyu olacaqdı

31 İyl, 2019
17:37
11829

Zaqatalada intihar edən qızın bir ay sonra toyu olacaqdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalanın Əliabad qəsəbəsində özünü asan 17 yaşlı Gülər İsmayılovanın intihar səbəbi naməlum olaraq qalır.

Hadisə yerində olan Oxu.Az-ın bölgə müxbirinə ailənin yaxınları qızın həyatı ilə bağlı bəzi məlumatlar veriblər.

Onların sözlərinə görə, G.İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə aşkarlanıb. O, bir müddət öncə Əliabad qəsəbəsində yaşayan oğlanla nişanlanıb. Onların bir ay sonra toyu olacaqdı.

Əmisioğlu Zaur İsmayılov ailədə bu günə qədər hər hansı problem yaşanmadığını bildirir. G.İsmayılovanın atası Rusiya Federasiyasında işləyir. O, anası, özündən bir yaş böyük bacısı və azyaşlı qardaşı ilə qəsəbədə yaşayıb.

İsmayılovlar ailəsinin qohumu, həm də qonşusu olan Fatma Həsənova bildirib ki, Gülər çox şən, mehriban qız olub. Onun canına qıyması bütün qəsəbə sakinlərini şoka salıb.

Hazırda faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri